Bakıda qadın kirayə qaldığı evdə dəm qazından zəhərlənərək ölüb.
Leqal.info xəbər verir ki, hadisə şəhərin Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Şəhla Dünyamalıyeva kirayə yaşadığı mənzilin yataq otağında yatarkən mətbəxdə qaz plitəsinin üzərində olan çaydandakı su qaynayıb, daşaraq qazın sönməsinə səbəb olub.
Nəticədə Şəhla Dünyamalıyeva evə yayılmış qaz sızmasından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Leqal.info