EN

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif elm sahələrini təmsil edən, yüksək elmi nailiyyətlərə malik alimlərlə görüşüb. 
 

AzEdu.az xəbər verir ki, görüşdə nazir elm sahəsindəki müasir çağırışlardan, mövcud problemlərin həlli üçün vacib addımlardan və alimlərin bu prosesdəki rolundan bəhs edib.  
 

Daha sonra alimlər elmi tədqiqatlar zamanı üzləşdikləri çətinlikləri və elmin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər. 
 

Görüşdə elmi inkişafın qarşısını alan maneələr və tədqiqatların praktik tətbiqi sahəsindəki imkanlar barədə müzakirələr aparılıb. 
 

Sonda Emin Əmrullayev alimlərin suallarını cavablandıraraq onların təklif və fikirlərinin nəzərə alınacağını və elmin inkişafını dəstəkləmək üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.

Chosen
14
13
azedu.az

10Sources