EN

Texasda bir kampusda “yaşıl alov” panikası: Universitet binaları boşaldıldı

ABŞ-ın Texas ştatındakı Texas Tech Universitetinin şəhərciyindəki lyukların qapaqlarından “yaşıl alov” çıxmağa başlayıb.

Editor.az yerli KİV-ə istinadla xəbər verir ki, kampusun bir çox yerlərində elektrik enerjisi kəsilib. Təhlükəsizlik tədbirləri üçün ətrafdakı binaların boşaldıldığı da bildirilib.

Texas Tech Universiteti sosial media hesabında mövzu ilə bağlı bu açıqlamaları verib: “Bu, Lubbockdakı Texas Tech Universitetindən təcili bildirişdir. Yarımstansiyada baş verən partlayış Texas Texnologiya Universiteti və Sağlamlıq Elmləri Mərkəzində elektrik enerjisinin kəsilməsinə səbəb olub. Mühəndislik binası boşaldılıb. İctimaiyyətdən kampuslardan uzaq durmağı xahiş edirik.”

//Gülnarə Abasova, Editor.az

Chosen
5
editor.az

1Sources