EN

Qərbin Bakı və İrəvanla bağlı MÜHARİBƏ SSENARİSİ: “Növbəti 6 ay ərzində..”

Ermənistan hökuməti sülh çağırışları fonunda faktiki olaraq yeni müharibəyə hazırlıq aparır. Fakt olaraq aprel ayından iyuna qədər 10 həftəlik rekord revervist çağırışı, sərhəddə hərbi fəallığın artması onu göstərir ki, münaqişənin məhz aprel ayında başlanmasl ehtimalı böyükdür. Bütün bu addlımlar bölgədə yeni gərginliyin yaranacağına işarə edir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Aytən Qurbanovanın sözlərinə görə, artıq bir müddətdir ki, Qərb nəşrləri tərəfindən növbəti altı ay ərzində Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanın olacağı ehtimalı üzərindən ssenarilər paylaşılır:

Ermənilərin

“Hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə, şərti sərhəddə davamlı xarakter alan təxribatlar, sülhdən yayınma cəhdləri, Ermənistanı silahlandırma yarışı, Avropa İttifaqının “müşahidə missiyasının” davam edən “binokl diplomatiyası” və əsassız anti-Azərbaycan çıxışları onu deməyə əsas verir ki, əslində “Ermənistan+” qüvvələrin əsas hədəfi regionda yeni münaqişə ocağı yaratmaqdır. Ona görə də, mümkün bütün vasitələrdən istifadə edərək sülh danışıqlarının uğurlu olmaması üçün prosesləri manipulyasiya edirlər.“

Politoloq qeyd edir ki, nəticə etibarilə işğalçı Ermənistanın hərbiləşdirilməsi və onu himayə edən qüvvələrin sərhədləri aşan qərəzli bəyanatları kontekstində revanşistlərin fəallaşması prosesi Azərbaycanın milli maraqları və təhlükəsizliyi üçün real təhdidlər formalaşdırır. Bu kontekstdə hərbi qarşıdurma qaçınılmaz ola bilər.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
3
konkret.az

1Sources