EN

Ançelotti "Real"ın "Atletiko"nu mübarizədən kənarlaşdırmasını belə şərh etdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk matçda 2:1 hesabı ilə yendiyi "Atletiko Madrid"i oyunsonrası penalti seriyası ilə məğlub edərək (0:1, penaltilər 4:2) 1/4 finala vəsiqə qazanan "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:

"Ağır oyun idi, çünki bizə 1-ci dəqiqədə qol vurdular. Əlbəttə ki, belə başlanğıc dinamikanı bir qədər dəyişdi. Rəqib çox yaxşı müdafiə olunur, əks-hücumlar qururdu. Çox sayda real epizod yarada bilmədik. Ümumiyyətlə, "Atletiko"ya qarşı oynayırsansa, qol vəziyyətləri yaratmaq asan olmur. 

Məni oyuna nəzarəti əldən verə biləcəyimizlə bağlı düşüncələr narahat edirdi. Meydanda tarazlığı qorumaq vacib idi. İkinci hissədə meydanın rəqibə aid hissəsində topa yaxşı nəzarət etdik. Anlayırdıq ki, oyunsonrası penalti seriyasına ehtiyac duyula bilər. Belə də oldu".

Qeyd edək ki, "Real" 1/4 finalda "Arsenal" ilə qarşılaşacaq.

Nihat

Chosen
10
fanat.az

1Sources