EN

Rusiyada pələng deputatı PARÇALADI

Ötən gecə Rusiyanın Primorye şəhərində pələng meşə gözətçisinə  hücum edib.Vətəninfo.az xəbər verir ki,  meşə gözətçisi həm də yerli kənd sovetinin deputatı olub. O, ölü tapılıb. Rusiya mətbuatında çıxan nəşrlərə görə, kişinin 55 yaşı var idi. 1996-cı ildən yerli meşə təsərrüfatında çalışır. Hadisənin həqiqiliyini Amur Pələngləri Mərkəzinin əməkdaşları təsdiqləyiblər.

Mövcud məlumata görə, hadisə kiçik Qlubinnoye kəndindən 40 km aralıda, tayqada baş verib. Kənd sakinlərinə məlumat verilib ki, ərazidə insanlar üçün təhlükəli olan vəhşi heyvan var. Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları, Rusiya Meşə Təsərrüfatı Nazirliyinin mütəxəssisləri və ekoloqlar işləyir.

Chosen
2
veteninfo.az

1Sources