Bakı.Trend:
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-in İdarə Heyətinin sədriRauf Vəliyev Azərbaycanda səfərdə olan Özbəkistanın NəqliyyatNazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafının ÖyrənilməsiMərkəzinin direktoru Bekzod Xolmatovun rəhbərlik etdiyi nümayəndəheyəti ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Özbəkistan Nəqliyyat Nazirliyinin və Özbəkistan Dəmir Yollarınınəməkdaşlarından ibarət nümayəndə heyətinə nəqliyyat və logistikasahəsində ölkəmizdə həyata keçirilən mühüm tədbirlər, eləcə dəASCO-nun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz)əhəmiyyətindən və aktuallığından danışılıb. Bu dəhlizin inkişafıçərçivəsində Xəzər dənizində Özbəkistan-Azərbaycan nəqliyyatəlaqələrinin genişləndirilməsi, o cümlədən Xəzərdə bərə daşımalarıseqmentində yeni çağırışlara dair müzakirələr aparılıb.