EN

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

Finss.az - 2019-cu ildən bəri Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 1,8 dəfə artaraq, 2025-ci ilin əvvəlinə 807 minə çatıb.

Bu məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş "Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi" mövzusunda konfransda açıqlayıb.

Orxan Nəzərli qeyd edib ki, bu dövrdə iqtisadi sistem üçün əhəmiyyətli olan ƏDV ödəyicilərinin sayı isə 3 dəfə artaraq 52,8 minə çatıb. Bu artım, vergi sistemindəki islahatların və ölkə iqtisadiyyatında müsbət dəyişikliklərin göstəricisidir.

Dövlət Vergi Xidməti rəisi, bu artımın həm dövlətin maliyyə resurslarının artırılmasına, həm də biznes mühitinin şəffaflığının yaxşılaşmasına töhfə verdiyini vurğulayıb.

Konfransda həmçinin, maliyyə nəzarətinin rolunun əhəmiyyətindən və özəl sektorla əməkdaşlığın gücləndirilməsindən bəhs olunub.

Chosen
5
7
fins.az

10Sources