Futbol üzrə Azərbaycan milli komandasının əsas kapitanı Bədavi Hüseynov olacaq.
Offsideplus.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Fernandu Santuş jurnalistlərlə görüşündə deyib.
"Qarabağ" klubunun da şərəfini qoruyan B.Hüseynov martın 22-də Haiti ilə yoldaşlıq matçında kapitan sarğısını daşıyacaq.
Yığmamızda vitse-kapitanların kim olacağı isə hələlik məlum deyil. Fernandu Santuş vitse-kapitanların müəyyənləşmədiyini söyləyib.