EN

“Dövlət buna çarə qılmalıdır, sonuncu efirimdir” - VİDEO

"Sonuncu efirə çıxıram. Toylara gedəcəyəm, amma efirə çıxmayacağam".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində deyib. Müğənni ünvanına yazılan tənqidlərdən danışıb.

O bildirib ki, artıq efirə çıxmayacaq:

"Yazırlar ki, bizə lazımsan, get otur evdə, nəvələrinlə oyna. Sizin böyüyünüz, nəvəniz yoxdur? Niyə onlara hörmət etmirsiniz? Mədəniyyətiniz olsun, daxiliniz nədirsə, aşkar edirsiniz. Ramazan ayıdır, xoş sözlər yazın. Bədbəxtlər, bu hərəkətiniz kimə, nəyə lazımdır?

Brilyantlarımı oğurlamışdılar, verilişdə buna görə halım pisləşdi. Yazırlar, kimə lazımdır? Mən bunu sizə danışıram. Jurnalistin bunu yazması normaldır. Amma bu aləmdən xəbəri olmayan səhifə açıb, qoyur şəklimi yazır: 70 yaşı var, buna necə baxırsınız? Dövlət buna çarə qılmalıdır. Siz kimsiniz? Dədəmi, nənəmi söydürüb pul qazanırlar"./Axşam.az


Telegram kanalımız
Chosen
6
1
yenisabah.az

5Sources