EN

Rusiya müharibəni dayandırmaq üçün tələblərini ABŞ-yə təhvil verib - “Reuters”

Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq üçün saziş bağlamaq tələblərinin siyahısını ABŞ-yə təqdim edib.

Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Moskvanın bu siyahıya konkret nələri daxil etdiyi və tələblər qəbul olunana qədər Kiyevlə sülh danışıqlarına hazır olub-olmadığı hələlik məlum deyil.

Qeyd olunub ki, Rusiya və Amerika nümayəndələri son üç həftə ərzində söhbətlər zamanı şərtləri müzakirə ediblər. 

Məlumata görə, Kremlin şərtləri Rusiyanın daha əvvəl Ukrayna, ABŞ və NATO qarşısında qoyduğu tələblərə bənzəyir . Bura, xüsusilə, Ukraynanın NATO-ya üzvlüyünün rədd edilməsi, Ukraynaya xarici qoşunların yerləşdirilməməsinə dair razılaşma və işğal olunmuş Ukrayna ərazilərinin (Krım və dörd regionun) Rusiya Federasiyasına mənsubluğunun beynəlxalq səviyyədə tanınması daxildir.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
18
missiya.az

1Sources