EN

“RUSİYA VAŞİNQTONA ÖZ ATƏŞKƏS ŞƏRTLƏRİNİ TƏQDİM EDİB” - "Kremlin şərtləri genişdir və...”

“Putinin atəşkəsə sadiq olacağı sual altındadır”

Məlum olduğu kimi, Ukrayna 30 günlük atəşkəsə razılıq verdikdən sonra ABŞ Prezidenti Donald Tramp başda olmaqla, hamı Kremlin cavabını gözləyir.

Hurriyyet.az xəbər verir ki, “Reuters”-in öz mənbələrinə istinadla yazdığına görə, Rusiya ABŞ-yə Ukraynaya qarşı müharibəni dayandırmaq və Vaşinqtonla münasibətləri bərpa etməyə dair şərtlərinin siyahısını təqdim edib.

Nəşrin mənbələri qeyd edir ki, Rusiya və Amerika rəsmiləri artıq son üç həftə ərzində şəxsi və virtual söhbətlərində bu şərtləri müzakirə ediblər. Məlumatda deyilir ki, Kremlin irəli sürdüyü tələblər əvvəlkilərdən az fərqlənir: "Kremlin şərtləri genişdir və əvvəllər Ukrayna, ABŞ və NATO-ya qarşı qoyduğu tələblərə bənzəyir".

“Reuters” qeyd edir ki, əvvəllər bu şərtlər arasında Ukraynanın NATO-ya üzvlükdən imtinası, Ukrayna ərazisinə xarici qoşunların yerləşdirilməyəcəyinə dair razılaşma və Vladimir Putinin Krımın və Ukraynanın dörd bölgəsinin Rusiyaya aid olması barədə bəyanatının beynəlxalq səviyyədə tanınması daxil idi. Belə görünür ki, bu şərtlərdə ciddi dəyişiklik yoxdur.

Yazıda bildirilir ki, Putinin potensial atəşkəs razılaşmasına sadiqliyi hələ sual altındadır və bunun təfərrüatları bilinməli, işlənməlidir. Eyni zamanda, bəzi ABŞ rəsmiləri, qanunvericilər və ekspertlər Putinin mümkün atəşkəsdən ABŞ, Ukrayna və Avropanı parçalamaq və istənilən danışıqları pozmaq üçün istifadə edəcəyindən ehtiyatlanırlar.

AzPolitika.info

Chosen
1
2
hurriyyet.az

3Sources