EN

Qırğızıstanda baş verən zəlzələ 39 binaya ziyan vurub

 Martın 11-dən 12-nə keçən gecə Qırğızıstanın Oş vilayətində baş verən zəlzələ nəticəsində 40-a yaxın bina, o cümlədən yaşayış binaları, məktəblər və uşaq bağçası qismən dağılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yeraltı təkanlar nəticəsində insan həyatı üçün təhlükə olmayıb.

Yenilənmiş məlumatlara görə, 25 yaşayış binasına ziyan dəyib, onlardan biri “qəzalı və yaşayış üçün təhlükəli” elan edilib, o cümlədən 12 məktəb, uşaq bağçası və poliklinika.

Chosen
3
ucnoqta.az

1Sources