EN

PSJ-nin əfsanəsini "Enflid"dən qovdular

"Liverpul" UEFA Çempionlar Liqasının 1/8 finalında PSJ-yə məğlub olaraq turnirlə vidalaşıb. 

Fanat.Az xəbər verir ki, "Enfild"də keçirilən cavab görüşündə PSJ-nin keçmiş oyunçularından biri ilə xoşagəlməz insident yaşanıb .

Məlumatı "SportBible" yayıb. Premyer Liqanın liderinin azarkeşləri parislilərin və Fransa yığmasının sabiq futbolçusu Ceremi Menezi stadiondan qovublar. O, "Liverpul" azarkeşlərinin tribunasında yer alıbmış. Mersisaydlı azarkeşlər fransalı veteranı tribunalarında görmək istəməyiblər. Beləliklə, PSJ-nin sabiq hücumçusu matçın sonunu buraxmalı olub.

Maraqlıdır ki, Menez DAZN mütəxəssisidir və o, mətbuat sektorunda akkreditasiya ilə əyləşə bilərdi.

Xatırladaq ki, Ceremi 2011-2014-cü illərdə PSJ-də çıxış edib və 110 oyunda 19 qol vurub. O, Paris nəhənginin heyətində iki dəfə Fransa çempionu olub. Menezin millidə də 24 matçı və iki qolu var.

Mirağa

Chosen
0
fanat.az

1Sources