EN

Şimali Makedoniya Prezidenti: Coğrafi məsafəyə baxmayaraq dost ölkələrimizi dərin köklü əlaqələr birləşdirir

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycanda keçirilən XII Qlobal Bakı forumunda iştiraka dəvət etdiklərinə görə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yüksək səviyyədə ev sahibliyi etdiyinə görə minnətdarlığımı bildirirəm.

AZƏRTAC xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti xanım Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.

“Coğrafi məsafəyə baxmayaraq, dost ölkələrimizi dərin köklü əlaqələr birləşdirir. Bu iki ölkə çoxillik və bir çox dini birgəyaşayışın qədim tarixi olan sivilizasiyaların kəsişməsində yerləşir. Hər iki ölkə 1991-ci ildə müstəqilliyini bərpa edib və BMT çərçivəsində çoxtərəfliliyə və əməkdaşlığa sadiqdirlər”, - deyə Şimali Makedoniya Prezidenti söyləyib.

Chosen
9
4
azertag.az

5Sources