Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında 2020-ci ildə imzalanmış memorandumun müddəti uzadılıb.
"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Qars Qafqaz Universitetində keçirilən görüşdə qərara alınıb.
Belə ki, görüşdə Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında imzalanan memorandum çərçivəsindəki əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib. Əlaqələrin inkişafına müsbət təsiri nəzərə alınaraq memorandumun müddəti daha beş il müddətinə uzadılması barədə sənəd imzalanıb.
Qeyd edək ki, memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandum çərçivəsində hazırlanan fəaliyyət planı elmi-praktik əlaqələrin genişləndirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi və digər mövzuları əhatə edir.