EN

“Bütün futbolçular milli komanda üçün hazır olmalıdır” – Elvin Camalov

“Milli komandaya dəvət almaq hər bir futbolçunun arzusudur. Yığmaya çağrıldığım üçün çox sevincliyəm. Millidə oynamaq həm də ayrı bir məsuliyyətdir. Burada forma geyinmək qürürverici hiss dir. Çalışıb millimizi layiqincə təmsil etməliyik”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin Haiti və Belarusa qarşı keçirəcəyi yoxlama oyunları üçün yığmaya dəvət alan Elvin Camalov deyib. O, siyahıda gənc oyunçuların olmasına da münasibət bildirib:

“Miliyə dəvət edilən-edilməyən bütün oyunçular yığmanı düşünməlidir. Çünki burada ölkəmizi, bayrağımızı təmsil edirik. Bütün futbolçular milli komanda üçün hazır olmalıdır. Qarşıdakı hər iki oyun bizim üçün önəmlidir. Yoxlama matçları olsa da, əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

“Sabah”dan “Neftçi”yə transfer olunan təcrübəli yarımmüdafiəçi “ağ-qaralar”da davamlı oynamasının yığmaya yenidən dəvət almasında əsas səbəb olduğunu vurğulayıb:

“Neftçi” kimi komandada oynamaq sevindiricidi və böyük məsuliyyət tələb edir. Bu komandanın adı, tarixi var. Hamımız çalışırıq ki, meydanda əlimizdən gələni edək. Bizə davamlı dəstək olan azarkeşləri sevindirmək ən böyük arzumuzdur”.

Chosen
9
idmanxeber.az

1Sources