Qırğızıstan və Tacikistan sərhəd delimitasiyası ilə bağlı tarixi razılığa gəlib.
"Cebheinfo.az" xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emomali Rahmon Bişkekdə iki ölkə arasında sərhəd sazişini imzalayıblar.
Qeyd edək ki, ötən ay Qırğızıstan və Tacikistan sərhəd məsələsi ilə bağlı tarixi razılığa gəlmişdi. Həmin sənəd hər iki ölkənin Milli Təhlükəsizlik Dövlət Komitələrinin rəhbərləri – Kamçıbek Taşiyev və Saymumin Yatimov tərəfindən imzalanmışdı.
Xatırladaq ki, Qırğızıstan və Tacikistan arasındakı sərhədin ümumi uzunluğu 970 kilometrdən çoxdur. Daha əvvəl Bişkek və Düşənbə sərhəddə mübahisəli bölgələr üzrə razılığa gəlmişdilər.