EN

Bakıdakı COP29 konfransı vacib nailiyyətlər gətirib - Fatih Birol

Bakı. Trend:

Bakıda keçirilən COP29 konfransı - karbon bazarları ilə bağlıqərarlardan tutmuş təmiz enerjiyə keçid etməyə çalışan inkişafetməkdə olan ölkələrin maliyyələşməsi üçün əlverişli şəraitinyaradılmasına qədər - bir neçə vacib nailiyyətlərə imza atdı.

Trend xəbərverir ki, bunu Beynəlxalq Enerji Agentliyinin başçısı Fatih BirolXII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.

“Biz artıq COP üzrə 29 konfrans görmüşük və onların nəticələrifərqli-fərqli olub: bəziləri uğurlu olub, başqaları yox. Bəziləriəlverişli beynəlxalq siyasi kontekstdə, digərləri isə çətinşəraitdə keçib. Bakıdakı COP29 isə çox mürəkkəb siyasi kontekstdəbaş tutub. Buna baxmayaraq, mən şadam ki, konfrans karbon bazarlarıilə bağlı qərarlardan tutmuş təmiz enerjiyə aparan yolda inkişafetməkdə olan ölkələrin maliyyələşməsi üçün əlverişli şəraitinyaradılmasına kimi bir neçə vacib nailiyyət əldə edib”, - deyə ovurğulayıb.

Birol həmçinin bildirib ki, Azərbaycan hökuməti və BeynəlxalqEnerji Agentliyi müxtəlif dövlətlərin və hökumətlərinnümayəndələrinin qatıldığı COP29 çərçivəsində bir sırayüksəksəviyyəli dialoqlar təşkil ediblər. Həmin görüşlər dünyanınmüxtəlif ölkələrində keçirilib və dövlətlərin mövqelərininyaxınlaşması məqsədi daşıyıb. O həmin görüşlərin konfransın uğurlunəticələrinə böyük töhfələr verdiyinə ümid etdiyini bildirib.

“İqlim dəyişikliyi bütün ölkələrin üzərində işləməli olduğu əsasproblemdir”, - deyə Agentliyin rəhbəri vurğulayıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Chosen
44
3
az.trend.az

4Sources