Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Kursk vilayətinin İvaşkovski kəndinin azad edilməsi zamanı Ukrayna ordusuna məxsus “Kirpi” zirehli texnikasını (Türkiyə istehsalı – red.) ələ keçiriblər.
News24.az xəbər verir ki, bu barədə TASS Rusiya hərbi mənbələrinə istinadla məlumat yayıb.
“Bir Türkiyə “Kirpi”sini ələ keçirdik, salamatdır, İvaşkovskidədir”, - mənbə agentliyə deyib.
TASS yazır ki, “Kirpi” ələ keçirilən digər zirehli texnikaların sərgisində nümayiş etdiriləcək.
Nəşr bildirir ki, 2022-ci ilin noyabrında Türkiyə Ukraynaya 200 ədəd “Kirpi” minaya davamlı zirehli döyüş maşını tədarük edib./Teleqraf