Türkiyə Super Liqasının nəhəngi "Qalatasaray"da növbəti mövsüm üçün hazırlıqlar başlayıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, böyük ümidlərlə 8 milyon avroya transfer edilən Karlos Kuesta mövsüm sonu komandadan ayrılacaq.
Bildirilib ki, Okan Buruk fasilədə "Genk"dən 8 milyon avroya transfer olunan Karlos Kuesta ilə bağlı qərarını verib.
Mövsümün sonunda gənc futbolçu üçün təklifləri qəbul etməyə qərar verən sarı-qırmızılıların rəhbərliyi Okan Burukun mənfi rəyini qəbul edib.