EN

Şarl Mişel Aİ-yə yeni üzvlərin qəbulunun mümkünlüyünə münasibət bildirib

Aİ-yə baxsaq, bizim tariximizə nəzər yetirsək, biz hər zaman bağlantıların qurulmasın müsbət rol oynamışıq.

APA xəbər verir ki, bunu XII Qlobal Forum çərçivəsində keçirilən Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı mövzusunda paneldə Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel “Aİ-yə yeni üzvlərin qəbulu mümkündürmü” sualına cavabında deyib.

O bildirib ki, biz daha çox əlaqələri qurmalıyıq, regional müstəvidə daha çox çıxış etməliyik: “Biz öz maraqlarımızı siyasətimizdə müdafiə etməliyik. Bəzi layihələri yeni tərəfdaşlarla həyata keçirə bilərik. Dünyanın qalan hissəsinə laqeyd münasibət bəsləməli deyilik. Çalışmalıyıq ki, əlaqələri inkişaf etdirək”.

Chosen
6
1
apa.az

2Sources