"Maya Sandu, onun hakimiyyətdə olan Hərəkət və Həmrəylik Partiyası (PDS) qlobalistlərin və Soros Fondunun tərəfdarlarıdır. Bu qruplara Donald Trampın administrasiyası mənfi yanaşır".
"Cebheinfo.az" xəbər verir ki, bunu Moldovanın keçmiş Prezidenti İqor Dodon "Telegram" kanalında yazıb. "Bugünkü hakimiyyət Moldovada Baydenin adamlarıdır, "qlobalistlərin və sorosçuların" tərəfdarlarıdır.
Vaşinqtonda indi bu qrupun üzvlərinə çox mənfi yanaşırlar. Dünyada bir çox ölkələr var ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) müxtəlif layihələri maliyyələşdirib, lakin məhz Moldova ABŞ rəhbərliyi tərəfindən üç dəfə qeyd olunub. Bu, Maya Sandu üçün narahatedici bir siqnaldır", - Dodon bildirib.
"Fikrimcə, biz qlobalistlərin hakimiyyətinin Moldovada dağılmasına şahid olacağıq. Bu, yaxın aylarda baş verəcək. Bu, PDS və Maya Sandunun seçkiləri sürətlə keçirmək istəməsinin bir səbəbidir. Onlar ümid edirlər ki, bu zamana qədər bu proseslərə qarışmayacaqlar", - deyə Dodon vurğulayıb.
Rusiya Təhlükəsizlik Şurasının müavini Aleksey Şevtsov bildirib ki, USAID 2021-2024-ci illərdə Moldovaya təxminən 650 milyon dollar yönəldib, məqsəd ölkəni Qərb təsirində saxlamaqdır. O, qeyd edib ki, Brüsseldən birbaşa təlimatla, Moldovanın siyasi sahəsinin heç də demokratik olmayan təmizlənməsi həyata keçirilir. Partiyaların qadağan edilməsi və onların funksionerlərinin təqib edilməsi də buna daxildir.