1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Çini mümkün qədər zəiflətmək məqsədilə Rusiya ilə yaxınlaşma siyasəti aparır.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-nin "The Washington Post" (WP) qəzeti yazır.
Bildirilir ki, amerikalı analitiklər Ağ Evin hazırkı siyasətində "möhtəşəm strategiya" görürlər.
"Bəziləri deyir ki, prezident bəlkə də Henri Kissincerin siyasətini təkrarlayır, ancaq əks istiqamətdə. 1970-ci illərin əvvəllərində dövlət katibi Henri Kissincer Prezident Riçard Niksonu Çini daha güclü Sovet İttifaqından uzaqlaşdırmaq üçün Vaşinqton və Pekin arasında diplomatik yol açmağa inandırmışdı", - deyə məlumatda izah olunur.
Ekspertlərin sözlərinə görə, bu gün vəziyyət əksinədir. Daha güclü Çin ABŞ üçün ən böyük təhlükəni təşkil edir, buna görə də Moskvanı Pekindən uzaqlaşdırmaq lazımdır.