EN

Ermənistanın Azərbaycana qarşı cinayətləri yaddan çıxmayacaq

Ermənistanın Azərbaycana qarşı cinayətləri yaddan çıxası deyil.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin layihəsi məsələsini Azərbaycan təklif edib.

“Bakıda insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məhkəməsi gedir. Ermənistan bu gün bu məhkəməyə qarşı mənasız təbliğat kampaniyası aparır. Bu məhkəmədə mühakimə olan şəxslər qanun qarşısında cavab verirlər. Onların əsir və girov adlandırılması qəbuledilməz haldır”, - Hikmət Hacıyev qeyd edib.

"Ermənistan regionda sülh istəyirsə, Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir.

Prezidentin köməkçisi bununla bağlı təcrübəni xatırladıb və əlavə edib ki, İrlandiya konstitusiyasına dəyişiklik etməyi və Böyük Britaniyanın Şimali İrlandiya üzərində tam suverenliyini tanımağı öhdəsinə götürüb.

Eyni zamanda, o bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi aparılıb.

“Regionda tam əhatəli sülhün təmin olunması üçün bu da bir şərtdir. Bu gün Minsk qrupuna da heç bir ehtiyac yoxdur. Kimsə Minsk qrupunu dirçəltmək istəyirsə, bu, utopiyadır. Ermənistan Minsk Qrupunun saxlanmasına çalışır. Bu kimi hallar, xüsusilə Ermənistanın Konstitusiyası ilə bağlı hallar aradan qaldırılandan sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşacaq.

Ermənistan ərazisində Azərbaycan xalqına qarşı insanlıq əleyhinə hərbi cinayətlər törətmiş elə şəxslər var ki, onların da cinayət məsuliyyətinə cəlb edilməsi həyata keçirilməlidir.

Ermənistan tərəfi və onun havadarları hər hansı qətnamələrlə Azərbaycanın iradəsinə təsir göstərilməsinin mümkünlüyünə dair düşüncələrində yanıır. Eyni zamanda təzminat məsələsi də müzakirə mövzusudur. Cənab Prezidentin tapşırığı əsasında Azərbaycanın aidiyyəti qurumları tərəfindən Ermənistanın 30 illik işğalı dövründə şəhərlərimizin, kəndlərimizin dağıdılması nəticəsində vurulmuş zərər, maddi-mədəni irsimizin dağıdılması və talan edilməsinin çox dəqiq, müfəssəl və müasir metodlarla qiymətləndirilməsi aparılıb. Bu məsələ də ayrıca bir müzakirə mövzusudur ki, regionda tam əhatəli, əsaslı bir sülh təmin edilmiş olsun".

Chosen
2
anspress.com

1Sources