EN

“Rabitəbank” ASC tenderlər ELAN EDİR

Referans Rabitəbanka istinadən xəbər verir ki,  Rabitəbank növbəti tenderlər elan edir.


Tenderin adı:


“Dell Vxrail klusteri üçün əlavə node alışı ”


Tenderin elan tarixi: 12.03.2025


Tenderin son tarixi: 19.03.2025, saat 13:00.


Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək: İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar) İşin icra müddəti qeyd edilməsi mütləqdir. Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi MAF sənədinin təqdim edilməsi


Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:


Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri Qiymət təklifi zərfdə və möhürlü(Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı) Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)-Lazım olduğu təqdirdə istək olunacaq Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olduğu təqdirdə istək olunacaq Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.


Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər. ***


Tenderin adı: Radio kanallarda reklam yayımı Tenderin elan tarixi: 12.03.2025 Tenderin son tarixi: 19.03.2025, saat 13:00.


Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:


Xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi referanslar (referanslar və tövsiyyə məktubları zərfə əlavə olunsun) Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi (Qiymət vergi daxil göstərilməlidir, ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq) Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:


Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.

Tenderin texniki şərtləri, hal-hazırkı şəkilləri, materiallar haqqında məlumatı linkə

https://rbt.az/rd-tndr keçid edərək əldə edə bilərsiniz.


Əlavə suallarınız yaranarsa, [email protected][email protected] elektron poçt ünvanlarına yaza və ya +99451 271-48-48 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Chosen
2
9
referans.az

10Sources