EN

Hikmət Hacıyev: "Ermənistan canilərin məhkəməyə cəlb olunmasını təmin etməlidir"

Ermənistan rəhbərliyi bütün resurslarını səfərbər edərək Bakıda müharibə cinayətkarları ilə bağlı keçirilən məhkəməyə qarşı təbliğat kampaniyası aparır.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Hazırda Bakıda Azərbaycan xalqına və insanlıq əleyhinə müharibə cinayətlər törətmiş şəxslərin məhkəmə prosesi həyata keçirilir. Onlar ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu, uzun müddətdir Azərbaycan xalqının gözləntisi və haqlı tələbi idi. Bu xüsusda ədaləti Azərbaycan Respublikasının özü təmin edir. Amma biz bu gün yenə də əks bir tendensiyanı müşahidə edirik. Ermənistan rəhbərliyi bütün resurslarını səfərbər edərək Bakıda müharibə cinayətkarları ilə bağlı keçirilən məhkəməyə qarşı təbliğat kampaniyası aparır.

Onların havadarları, o cümlədən Avropa Parlamentində onların lobbi qrupları Azərbaycana qarşı qətnamə qəbul etmək fikrindədirlər. Bu da xüsusilə məhkəmə ilə əlaqədardır. Amma bu məhkəmə qarşısında olanlar qanun qarşısında cavab verirlər. İnsanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərlə bağlı azadlıq çağırışları və onların "əsir və girov" adlandırılması beynəlxalq münasibətlər və insanlığa qarşı təhqirdir və qəbuledilməz haldır. Onların mühakiməsi davam etdiriləcək.

Ermənistan sülhün təmin olunmasını istəyirsə, Ermənistan məhkəmə ilə yaxından əməkdaşlıq etməli, hələ də Ermənistan ərazisində olan, insanlıq əleyhinə cinayət əməlləri və hərbi cinayətlər törətmiş şəxslər var ki, onların da məhkəmə və istintaq prosesinə cəlb olunmasını təmin etməsini həyata keçirməlidir", - prezidentin köməkçisi vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
8
olaylar.az

10Sources