EN

Poqba öz xidmətini İspaniya nəhənginə təklif etdi - SON DURUM

Fransalı yarımmüdafiəçi Pol Poqba karyerasını İspaniyada davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Mənbənin məlumatına görə, Poqba xidmətini "Atletiko Madrid"ə təklif edib. İspaniya nəhəngi maliyyə tələbləri məqbul olarsa, “Yuventus”un və “Mançester Yunayted”in keçmiş futbolçusunu transfer etməyi düşündüyünü bildirib. Bununla belə, 18 ay oynamayan futbolçunun fiziki hazırlığının önəmli faktor olduğunu nəzərə alan Dİeqo Simeone ehtiyatlanır.

Daha əvvəl Poqbanın "Olimpik Marsel"ə keçməkdə maraqlı olduğu bildirilmişdi. Yarımmüdafiəçi diskvalifikasiyasını başa vurub və indi karyerasını davam etdirə bilər.

Chosen
2
fanat.az

1Sources