EN

Analitik Ekspertiza Mərkəzi farmakonəzarət ilə bağlı səhiyyə işçiləri üçün seminar keçirib (FOTO)

Bakı. Trend:

13 mart 2025-cü il tarixində Azərbaycan Respublikası SəhiyyəNazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsitərəfindən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JapanInternational Cooperation Agency - JICA) dəstəyi ilə“Farmakonəzarət”, “Əlavə təsirlər. Səbəb-nəticə əlaqəsininqiymətləndirilməsi”, “Risk minimallaşdırma tədbirləri” mövzularındasəhiyyə mütəxəssisləri üçün seminar-treninq keçirilib.

Trend xəbərverir ki, seminar-treninqdə dövlət tibbi müəssisələrininəməkdaşları iştirak edib.

Tədbir işrtirakçılarına farmakonəzarətin məqsədləri,farmakonəzarət sistemi, ÜST-ün Beynəlxalq Monitorinq proqramı,əlavə təsirlər, onların vacibliyi, əlavə təsirlərin təsnifatı,bildiriş kartları və onlayn bildirişlərin vacibliyi, əlavə təsirlərvə dərman vasitəsi arasında səbəb-nəticə əlaqəsininqiymətləndirilmə üsulları və risklərin müxtəlif minimallaşdırmatədbirləri barədə ətraflı məlumat verilib.

Təlimdə ümumilikdə 24 dövlət müalicə-profilaktika müəssisəsindən29 nümayəndə iştirak edib. Seminarda iştirakçıların suallarıcavablandırılıb və təcrübədən irəli gələn real nümunələrin təhliliaparılaraq, müzakirə edilib.

Tədbirin sonunda bütün iştirakçılara Analitik Ekspertiza Mərkəzitərəfindən sertifikatlar təqdim olunub.

Analitik
Analitik
Analitik
Analitik
Analitik
Analitik
Analitik
Analitik
Chosen
3
az.trend.az

1Sources