Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025 mövsümünün 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.
Arena.az xəbər verir ki, cavab görüşlərinin hamısı eyni gündə baş tutacaq.
İtaliya təmsilçisi “Fiorentina” evdə “Panatinaikos”la (Yunanıstan) qarşılaşacaq. İngiltərənin “Çelsi” komandası isə doğma meydanda “Kopenhagen”lə (Danimarka) üz-üzə gələcək.
“Betis” (İspaniya) səfərdə “Vitoriya”nın (Portuqaliya) qonağı olacaq.
Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin ilk görüşləri aprelin 10-da, cavab qarşılaşmaları isə 17-də keçiriləcək.
Avropa Konfrans Liqası
1/8 finalın cavab görüşləri
13 mart
21:45. “Brügge” (Belçika) – “Yagelloniya” (Polşa)
İlk oyun – 0:3.
21:45. “Luqano” (İsveçrə) – “Çelye” (Sloveniya)
İlk oyun – 0:1.
21:45. “Rapid” (Avstriya) – “Borats” (Bosniya və Herseqovina)
İlk oyun – 1:1.
21:45. “Yurqorden” (İsveç) – “Pafos” (Kipr)
İlk oyun – 0:1.
00:00. “Vitoriya” (Portuqaliya) – “Betis” (İspaniya)
İlk oyun – 2:2.
00:00. “Fiorentina” (İtaliya) – “Panatinaikos” (Yunanıstan)
İlk oyun – 2:3.
00:00. “Legiya” (Polşa) – “Molde” (Norveç)
İlk oyun – 2:3
00:00. “Çelsi” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
İlk oyun – 2:1.