Beynəlxalq Enerji Agentliyinin (IEA) fevral ayı neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft təklifi ötən ay gündəlik təxminən 40 min barrel artaraq 27 milyon 460 min barrelə çatıb.
Marja xəbər verir ki, bu dövrdə OPEC-in qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 570 min barrel olaraq qeydə alınıb. Beləliklə, OPEC-in ümumi neft təklifi ötən ay gündəlik 33 milyon 30 min barel təşkil edib. Bu, əvvəlki ayın səviyyəsindən gündəlik təxminən 50 min barel çoxdur.
OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə gündəlik təxminən 190 min barel artaraq 70 milyon 220 min barrelə çatıb.
Beləliklə, qlobal neft təklifi fevral ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 240 min barel artaraq 103 milyon 250 min barrelə çatıb.
İstehsal artımının böyük hissəsi OPEC+ qrupunun payına düşüb
Hesabata görÉ™, qlobal neft tÉ™darükünün artımının böyük hissÉ™si OPEC vÉ™ bÉ™zi qeyri-OPEC ölkÉ™lÉ™rindÉ™n ibarÉ™t OPEC+ qrupunun payına düşüb. Qazaxıstan,Tengiz yatağından hasilat artdıqca rekord sÉ™viyyÉ™dÉ™ neft hasil edir, Ä°ran vÉ™ Venesuela isÉ™ sÉ™rt sanksiyalar É™rÉ™fÉ™sindÉ™ hasilatı artırıblar.Â
Bu dövrdÉ™ OPEC+ qrupunun xam neft hasilatı gündÉ™lik 210 min barel artıb vÉ™ son 6 ayın É™n yüksÉ™k sÉ™viyyÉ™sinÉ™ çataraq 41 milyon 780 min barrel təşkil edib.Â
Qrupun gündəlik 8 milyon 270 min barrel olan qeyri-ənənəvi hasilatı da əlavə olunduqda, ümumi neft tədarükü gündəlik təxminən 50 milyon 50 min barrelə yüksəlib.
Ötən ay qeyri-OPEC+ qrupunun hasilatı gündəlik 20 min barel artaraq 53 milyon 200 min barelə çatıb.
Qlobal neft tələbinin bu il gündəlik təxminən 1 milyon 30 min barrel artaraq 103 milyon 910 min barrelə çatacağı gözlənilir. IEA keçən ayki hesabatında qlobal neft tələbatının gündəlik 1,1 milyon barel artacağını təxmin etmişdi.
Hesabata görə, bu il qlobal tələbatda gözlənilən artımın təxminən 60%-i Asiyadan olacaq (əsasən Çindən).
Â