EN

“Çörəkpulu” alan köçkünlərin sayı AZALDI

2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət (“çörəkpulu”) alan keçmiş məcburi köçkünlərin sayı 408 400 nəfər olub.

Redaktor.az
xəbər verir ki, bu barədə modern.az-ın hökumətdən əldə etdiyi məlumatda bildirilib.

Həmin şəxslərdən 50 200 nəfər 33 manat, 358 200 nəfər isə 60 manat alanlardır.

Bu məqsədlə dövlət büdcəsindən keçmiş məcburi köçkünlərə ümumilikdə 287 207,7 min manat məbləğində vəsait xərclənib.

Bildirilib ki, 2024-cü il il ərzində keçmiş məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində “çörəkpulu” alanların sayı 39 100 nəfər azalıb.

Chosen
5
10
redaktor.az

10Sources