EN

"Real Madrid" UEFA Çempionlar Liqasında yeni rekordlara imza atıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Real Madrid" UEFA Çempionlar Liqasının 1/8 finalında "Atletiko Madrid"i ümumi hesabda məğlub edərək turnirin 1/4 finalına yüksəlib.
Oxu.Az xəbər verir ki, "Kral" klubu 40-cı dəfə Çempionlar Liqasının 1/4 finalının iştirakçısı olub. Bu, avrokuboklar tarixində rekord göstəricidir.
Bu göstəriciyə görə ikinci yerdə "Bavariya"dır (34), ilk üçlüyü isə "Barselona" (24) tamamlayır.
İspaniya nəhəngi bu qarşılaşmada daha bir rekorda imza atıb. "Real Madrid" dördüncü dəfə ÇL-in penaltilər seriyasında qələbə qazanıb. Buna qədər heç bir komanda bu göstəriciyə çata bilməyib.
Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə uğrunda Londonun "Arsenal" klubu ilə mübarizə aparacaq.
Chosen
26
50
oxu.az

10Sources