EN

Kartdan karta pul köçürərkən bu qaydalara əməl edin!

15:14 13.03.2025
15:14 13.03.2025

Son dövrlərdə kartdan karta pul köçürərkən artan oğurluq və dələduzluq halları ciddi narahatlıq yaradır. İstifadəçilər saxta e-maillər, təhlükəli veb saytlar və zəif şəbəkələr üzərindən məlumatlarının oğurlanmasına məruz qalırlar. Bank kartı əməliyyatlarında təhlükəsizliyi artırmaq üçün güclü şifrələr, iki faktorlu autentifikasiya və yalnız etibarlı kanalların istifadəsi vacibdir.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, vətəndaşların ilk səhvi kartın 16 rəqəmli kodunu səhv yığaraq, vəsaitlərini yanlış hesablara göndərməsidir. 

"Kartdan karta pul köçürərkən vətəndaşların qarşılaşa biləcəyi təhlükəsizlik risklərini minimuma endirmək üçün bir neçə mühüm qaydaları bilmələri vacibdir. İlk olaraq, yalnız etibarlı və rəsmi bank tətbiqlərindən və veb saytlarından istifadə etmək lazımdır. Həmçinin, güclü parol və iki faktorlu autentifikasiya (2FA) tətbiq etmək kart məlumatlarının oğurlanmasının qarşısını alır.

İctimai Wi-Fi şəbəkələrində maliyyə əməliyyatları etmək təhlükəlidir, buna görə də yalnız təhlükəsiz şəbəkələrdən istifadə etmək tövsiyə olunur", - o bildirib.

Ekspert qeyd edib ki, kart məlumatlarını heç vaxt başqalarına verməyin və sosial şəbəkələrdə paylaşmayın. Əgər, kartınız itə və ya oğurlanarsa, dərhal bankla əlaqə saxlayıb kartınızı bloklamağınız vacibdir.

Bu qaydalara əməl edərək, kartdan karta pul köçürərkən təhlükəsizliyinizi təmin edə bilərsiniz.


Chosen
0
1
mynews.az

2Sources