Hüseynova Könül Bəxtiyar qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Bank VTB" vətəndaşlara qarşı dələduzluq edir:
“Mən, Hüseynova Könül Bəxtiyar qızı, bildirirəm ki, “Bank VTB" vətəndaşları aldadır.
Belə ki, 2022-ci ildə adını çəkdiyim bankdan 36 aylıq kredit götürmüşdüm. Bütün ödənişləri 1 gün belə keçirmədən, vaxtından tez ödəmişəm. Həy ay 70 manat, sonralar isə 68 manat ödəniş etmişəm.
Fevral ayında kreditin müddəti başa çatdı. Bir müddət sonra mənə mesaj gəldi ki, banka 150 manat borcunuz qalıb. Halbuki, bizim borcumuz qalmalı deyildi. Özlərinin bizə verdiyi kağızla ödənişləri vaxtından tez etmişik. Odur ki, problemli şöbəyə müraciət etdik. Bundan sonra 150 manatı 90 manatla əvəzlədilər. Daha sonra bank əməkdaşı tərəfindən yenidən mesaj göndərilərək 39 manat gecikməyə görə borcunuzun qaldığı bildirildi. Razılaşıb, 39 manat məbləği ödədik.
Bir neçə gün keçəndən sonra bankın kağızına bir daha baxış keçirəndə bildim ki, bizi aldadıb, 39 manatı alıblar. Bankın əməkdaşı ilə əlaqə saxlayıb, iradımı bildirdim. Bunun dələduzluq olduğunu dedim.
Ən acınacaqlısı da odur ki, onsuz da banklar vətəndaşları aldadır, bəzilərimiz məcbur qalıb banklara üz tuturuq. Amma ödəniş bitdikdən sonra gözlərinin doymamaqları, vətəndaşların son qəpiyinə kimi əllərindən almaq istəməkləri heç insanlığa sıxmır.
Mənə məsləhət verirlər ki, məhkəməyə müraciət et. Məhkəmə pulsuzdur? Rüsümü yoxdur? Biz vətəndaşları belə çarəsiz vəziyyətdə qoyurklar. Nə qabağa gedə bilirik, nə də geri”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.