EN

Suriyada yeni Konstitusiya: keçid dövrü 5 ilədək uzanacaq

Suriyada keçid dövrü 3 ildən 5 ilə qədər davam edə bilər. İdarəetmə səlahiyyətlərinin böyük hissəsi prezidentə məxsus olacaq.

Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” ölkənin Konstitusiya bəyannaməsi layihəsində yer alan müddəalara istinadən məlumat yayıb.

Suriya həmin sənədə görə prezident respublikası olacaq. Qanunvericilik İslam hüququna əsaslanacaq. Milli ordunun əsas vəzifəsi vətəni və Suriya vətəndaşlarını qorumaq, ölkədə sülhü təmin etmək olacaq.

Silah gəzdirmək hüququ yalnız dövlət qurumları üçün saxlanacaq. Hazırkı sənəd Konstitusiyanın əvvəlki versiyalarına əsaslanır və sonuncunun müəllifləri 1950-ci il Konstitusiyasını əsas götürüblər.

Qeyd edək ki, sənədin hazırlanmasını ötən gün Suriyanın indiki keçid hökumətinin tərkibində yaradılmış Konstitusiya komitəsi başa çatdırıb. Sənəd hökumətə və müvəqqəti prezident Əhməd əl-Şaraaya təqdim edilib.

Chosen
0
1
modern.az

2Sources