EN

“Apple” çoxlu yeni modelləri təqdim edəcək

“Apple” şirkəti 2025-ci ilin payızında ən böyük məhsul tanıtımını həyata keçirməyə hazırlaşır. Şirkət iOS 19-dan “iPhone” 17 seriyasına, “AirPods” Pro 3-dən M5 “MacBook” Proya qədər bir çox yeni məhsul və yeniləmə təqdim etməyi planlaşdırır.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, yenilənmiş iOS 19, “Apple”ın son illərdəki ən böyük vizual yenilənməsini təqdim edəcək.

 

2013-cü ildəki iOS 7-dən sonra ən böyük dizayn dəyişiklikləri gözlənilir. Yeni ikonalar, təkmilləşdirilmiş “widget”lər və daha çox fərdiləşdirmə seçimi istifadəçiləri qarşılayacaq.  İOS 19-un əsas fokusunun dizayn olduğu bildirilib. “Apple”, həmçinin “iPhone” 17 seriyası ilə böyük bir yenilik etməyə hazırlaşır. Xüsusilə “iPhone” 17 Air modeli ultra incə və yüngül dizaynı ilə diqqət çəkəcək. “iPhone” 17 Pro modelləri isə yenidən dizayn edilmiş kamera düzülüşü ilə fotoqrafiya təcrübəsini daha da inkişaf etdirəcək. 

 


“iPhone” 17 Pro Max-in adı “iPhone” 17 Ultra olaraq dəyişdiriləcək və xüsusi xüsusiyyətlərlə təchiz ediləcəyi gözlənilir. Bundan əlavə, Apple-ın təqdim edəcəyi digər yeniliklər arasında “AirPods” Pro 3, “Apple Watch Ultra” 3, “Apple Watch Series” 11 və M5 “MacBook” Pro da var. 

 

Bəsti Rəfizadə
 

Chosen
0
sfera.az

1Sources