EN

Dr.Aynur Səfiyeva master dərəcəsi alıb

Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.e.d., Dr.Aynur Səfiyeva İtaliya və Avropanın aparıcı universitetlərindən biri olan Cattolica del Sacro Cuore Universitetində “Proktologiya və çanaq dibi cərrahiyyəsi”üzrə master dərəcəsi alıb. SİA xəbər verir ki, eyni zamanda Aynur həkim Avropa Koloproktoloji Cərrahi Dərnəyini Şərqi Avropa üzrə regional təmsilçisidir. 20 ildən artıqdır ki, tibb sahəsində cərrah kimi fəaliyyət göstərir. Dr.Aynur Səfiyeva müntəzəm olaraq yerli və xarici elmi nəşrlərdə aktual mövzularda məqalələr dərc etdirir, yerli və beynəlxalq konfransların fəal iştirakçısıdır.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla bütün kollektiv Dr.Aynur Səfiyevanı bu münasibətlə təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Chosen
7
sia.az

1Sources