İspaniyanın S-80 sinfinin “Isaak Peral” yeni nəsil dizel-elektrik sualtı gəmisi ilk səyahətinə çıxıb. Herbiand.az xəbər verir ki, sualtı qayıq həftə sonu Kartaxenadakı hərbi dəniz bazasını tərk edib.
İspaniya Hərbi Dəniz Qüvvələri marşrut və sualtı təlimlərlə bağlı təfərrüatları rəsmi açıqlamayıb, lakin sualtı qayığın ilk səfərə göndərilməsi faktını təsdiqləyib.
“Isaac Peral” 2023-cü ilin noyabrında İspaniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Gövdənin uzunluğu 80,1 metr, eni 7,3 metrdir. Göstərilən maksimum dərinlik 460 metrdir. Sualtı qayıq DM2A4 torpedaları üçün altı 533 mm-lik torpedo borusu ilə təchiz olunub. Arsenala gəmi əleyhinə “Harpoon” raketləri də daxildir.
Bəxtiyar CƏFƏRLİ