EN

“Rusiya müvəqqəti atəşkəs istəmir” –Moskvadan Trampın təklifinə cavab

“Rusiya müvəqqəti atəşkəs istəmir, uzunmüddətli nizamlamada maraqlıdır”.

AzPost bildirir ki bu sözləri Prezident Putinin köməkçisi  Uşakov Mayk Valts ilə 30 günlük atəşkəs haqqında söhbətindən sonra deyib.

Onun sözlərinə görə, dinc aksiyaları imitasiya edən addımların heç kimə faydası yoxdur. O, həmçinin bildirib ki, Ukraynanın sülh yolu ilə nizamlanma kontekstində NATO-ya üzvlüyündən söhbət gedə bilməz.

Qeyd edək ki, Prezident Trampın sözçüsü Stiv Uitkoff bu gün Moskvaya gəlib.

Onun göyərtəsində olan təyyarə Vnukovo hava limanına enib. Onun səfəri Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Ukrayna görüşündən sonra baş verib.

Uitkoff Rusiya tərəfini Ukraynada atəşkəs sazişi imzalamağa razı salmaq üçün Rusiyaya uçub.

Chosen
3
azpost.info

1Sources