EN

“Rusiya müvəqqəti atəşkəsdə maraqlı deyil” - Putinin köməkçisi

“Rusiya Federasiyası Ukrayna ilə müvəqqəti atəşkəsdə maraqlı deyil”.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, atəşkəs qərarı Ukrayna hərbçiləri üçün müvəqqəti möhlətdən başqa bir şey olmayacaq.

Onun sözlərinə görə, Rusiyanın məqsədi Ukraynada uzunmüddətli sülhün əldə edilməsidir.

“Hesab edirəm ki, bu vəziyyətdə dinc hərəkətləri imitasiya edən hər hansı addım heç kimə lazım deyil”, - deyə Uşakov vurğulayıb.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bu gün müvəqqəti atəşkəs təklifi ilə bağlı daha konkret və mənalı fikirlər səsləndirə bilər.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
6
missiya.az

1Sources