"Real Madrid" Çempionlar Liqasında 1/4 finala yüksəlib.
Apasport.az xəbər verir ki, Karlo Ançelottinin komandası "Atletiko Madrid"i penaltilər seriyasında məğlub edib.
Ançelotti bu matçda yeni rekorda imza atıb. Belə ki, o, Çempionlar Liqasının 1/4 finalına ən çox çıxan baş məşqçidir.
İtaliyalı 15-ci dəfədir ki, buna nail olur. Ançelottidən sonra Xosep Qvardiola ikinci pillədə yer alıb. Qvardiolanın komandası 14 dəfə turnirin 1/4 finala yüksəlib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında "Real Madrid" "Arsenal"la qarşılaşacaq.
ÇL: 1/4 finalçılar müəyyənləşib - YENİLƏNİB
"Atletiko" – "Real" matçı bu kanalda
PSJ-dən əzmkar qələbə - YENİLƏNİB
ÇL: “Barselona” – “Benfika” oyununda bir dəqiqəlik sükut olacaq
“Ayntraxt” səfərdə, “Roma” evdə qələbə qazandı - YENİLƏNİB