EN

Ermənistan sülh sazişi üzrə razılaşdırılmamış iki maddəni qəbul edib

"Azərbaycan-Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb”.

Xezerxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, son açıq qalan iki maddəni Ermənistan artıq qəbul etdiyini bizə çatdırıb: “Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.

Chosen
7
5
xezerxeber.az

10Sources