EN

Azərbaycan və Suriya XİN rəhbərlərinin telefon danışığı nəzərdə tutulub

“Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən sonra öz fəaliyyətini bərpa etdi, keçmiş Əsəd rejimi tərəfindən Azərbaycana qarşı atılan qeyri-dost addımlar fonunda səfirlik fəaliyyətini dayandırmışdı”...

Poliqon xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Azərbaycanla Suriya arasında təmaslar davam edir: “İlk humanitar yardım Suriyaya artıq Azərbaycan tərəfindən göndərilib. Yaxın zamanlarda bizim Suriya XİN-lə telefon danışığımız nəzərdə tutulub”.

Nazir vurğulayıb ki, Suriyanın beynəlxalq münasibətlər sistemində əhəmiyyətli aktora çevrilməsi üçün Azərbaycan da lazımi dəstəyi bundan sonra göstərəcək.

Poliqon.info

Chosen
0
3
poliqon.info

4Sources