2025-ci ilin yanvar-fevral ayları ərzində (ilk 2 ayda) Azərbaycan vətəndaşları Türkiyədə 137 ev alıblar.
Bu barədə Marja.az Türkiyənin Statistika qurumuna (TÜİK) istinadən xəbər verir.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 112 ev əldə etmişdilər.
Azərbaycan vətəndaşları Türkiyədə 2025-ci ilin Yanvar ayında 50, Fevral ayında isə 87 ev alıblar (2024-cü ilin Yanvarında 52, Fevralında 60 ev almışdılar).
Fevralda xaricilərə 1457 ev satılıb
Türkiyədə xaricilərə ev satışları fevral ayında ötən ilin eyni ayı ilə müqayisədə 21,1 faiz azalaraq 1457-yə düşüb. Fevralda xaricilərə mənzil satışının ümumi mənzil satışlarında payı 1,3% olub. Xaricilərə mənzil satışının ən çox olduğu şəhərlər 539 ilə İstanbul, 503 ilə Antalya və 89 ilə Mersin olub.
Əcnəbilərə ev satışı yanvar-fevral dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 23,1% azalaraq 3004-ə geriləyib.
Vətəndaşlığa görə ən çox mənzil satışı Rusiya, İran və İraq vətəndaşlarına edilib.(Marja)