EN

Ən qədim insan qalıqları Qərbi Avropada tapıldı

Qərbi Avropada ən qədim insan skeleti ispan alimləri tərəfindən aşkar edilib. 

Newa24.az xəbər verir ki, qalıqların 1,1 ilə 1,4 milyon il arasında olduğu bildirilib.

Qərbi Avropada yaşı 1,1 ilə 1,4 milyon il arasında olduğu təxmin edilən ən qədim insan qalıqları İspaniyanın şimalındakı Burqosun Atapuerka bölgəsində tapılıb.

Atapuerkada çalışan İspan elm adamları tərəfindən Nature jurnalında dərc edilən məqalədə, 1,1 ilə 1,4 milyon il arasında olduğu vurğulanan üz sümüklərinin qalıqlarının Avropada 'Homo affinis erectus' olaraq təsnif edilən yeni insan növünə uyğun gəldiyi bildirildi.

Alimlər qeyd ediblər ki, bu tapıntı Qərbi Avropada erkən Pleistosen dövründə ən azı iki növün mövcud olduğunu göstərir.

Bildirilib ki, indiyə qədər Qərbi və Mərkəzi Avropada ən qədim insan növü “Homo antecessor” kimi tanınırdı və yeni kəşflə Avropa qitəsinə ilk çatan növün “Homo" olub.

Aqil


Chosen
11
2
news24.az

3Sources