1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin "Haber Global" televiziya kanalında Türkiyənin ən çox silah satdığı ölkələr haqqında maraqlı müzakirə təşkil olunub.
Oxu.Az xəbər verir ki, verilişdə iştirak edən Türkiyənin İqtisadi, Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Bozkurt Ankaranın əsas silah tədarükçülərinin adlarını açıqlayıb.
"İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Qətər daxildir. Eyni zamanda, bizdən yeni silah almağa başlayan ölkələr İndoneziya və Malayziyadır", - deyə İlyas Bozkurt vurğulayıb.
Ekspert bildirib ki, hazırda dünyada ən çox silahlanan ölkə Hindistandır və ABŞ, Fransa, İsrail kimi ölkələr bu satışdan böyük vəsaitlər qazanırlar.