Çinin “Huawei” texnologiya şirkəti Brüsseldə Avropa Parlamentinin keçmiş və ya hazırkı deputatlarına rüşvət verməkdə şübhəli bilinir.
Publika.az xəbər verir ki, bu barədə “Euronews” Belçikanın “Le Soir”, “Knack” nəşrləri və “Follow the Money” araşdırma saytına istinadən məlumat yayıb.
Məlumata görə, Belçika polisi Avropa Parlamentində korrupsiya işi ilə bağlı yeni araşdırma çərçivəsində “Huawei” şirkətinin Brüsseldəki mənzil-qərargahında və ölkə boyu bir neçə evdə axtarışlar aparıb. Qeyd olunub ki, texnologiya nəhənginin lobbiçiləri Avropa İttifaqında qərarların qəbuluna təsir etmək məqsədilə deputatlara rüşvət veriblər.
Bu işdə Avropa Parlamentinin 15-ə yaxın hazırkı və keçmiş deputatının adı hallana bilər. Araşdırmanın mərkəzində 2019-cu ildən bəri “Huawei”də işləyən 41 yaşlı lobbiçi Valerio Ottati dayanır.