Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsinin həlli ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinin mövqeyinə biganə qaldığını bildirib.
Redaktor.az xəbər verir ki, Lvarov bu barədə TASS agentliyinə açıqlama verib.
Nazir "Düzünü desəm, onların mövqeyi məni maraqlandırmır. Bir müddətdir ki, heç maraqlanmıram," - deyə bildirib.
Lavrovun bu açıqlaması, Avropa İttifaqının sülh yolu ilə münaqişənin həlli ilə bağlı mövqeyinə münasibətini əks etdirir.
Daha əvvəl, "Financial Times" mənbələrinə istinadən xəbər vermişdi ki, Avropa İttifaqı və Böyük Britaniya liderləri, Amerika tərəfinin münaqişənin sülh yolu ilə həllinə maneə yarada biləcəyindən ehtiyat edərək, ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı artırmasına görə cəzalandırılacağından narahatdırlar.
Aytəkin TOFİQQIZI