EN

Ermənistan XİN: Azərbaycanla sülh sazişi imzalanmağa hazırdır

Ermənistan

“Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Saziş layihəsi üzrə razılığın əldə edildiyini və bu layihə-saziş üzrə danışıqların başa çatdığını təsdiq edir”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) bəyan edib.

Bildirilir ki, Ermənistan XİN diplomatik kanallar vasitəsilə Azərbaycan XİN-ə layihənin razılaşdırılmamış iki maddəsi üzrə Azərbaycanın təkliflərinin qəbul olunması barədə məlumat verib.

“Beləliklə, sülh sazişi imzalanmağa hazırdır. Ermənistan Respublikası Azərbaycan Respublikası ilə Sazişin imzalanma vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə başlamağa hazırdır”, - deyə Ermənistan XİN bildirir.

Onu da qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə saat əvvəl jurnalistlərə açıqlamasında sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdəğını bildirib.

E. KAMAL
Chosen
1
reyting.az

1Sources